Amina x Sadix Mustafayev — Dedim Sənə (Rəsmi Musiqi Videosu)
Amina Şirinqızı · May 7, 2026
Trending In
Description
Aminanın Sadix Mustafayev ilə birgə ifa etdiyi "Dedim Sənə" mahnısı artıq onlayndır. Aminaya YouTube-da abunə ol: https://mikpro.az/amina.yt Rəqəmsal platformalarda dinlə: Musiqi və söz: Sadix Mustafayev Aranjiman: Eyyub Yahyayev Miks və masterinq: Eyyub Yahyayev Akkordeon: Pərvin Hüseynoğlu Gitara: İntizar Məmmədzadə Zərb alətləri: Toğrul Kərimov Rejissor: Xəyal Hüseyn Geyim: Prins Camal Makiyaj və saç: Günel Axundova Məkan: "Qəsrşah" restoran Aminanı sosial şəbəkələrdə izlə: Instagram: https://mikpro.az/aminaig Genius: https://mikpro.az/aminagn Aminanı rəqəmsal platformalarda dinlə Keçid: https://mikpro.az/amina.dinle Sözlər: [Bənd 1] Məni yandırdın Özün eşqin odunda yanmadın “Qal,-dedim,-getmə”,-dedim Sənsə gedib dayanmadın Dedim, Allah özü şahiddir səni sevdiyimə Necə allahsız adamsan Buna da inanmadın Düşünürdüm, eləyərsən Necə bəxtəvər məni Niyə getdin, de görüm Sevirdinsə əgər məni? Gedəni saxlamaq olmaz Uğur olsun bu yolun Amma axtarma sonra Ölən gününə qədər məni (Ölən gününə qədər məni) [Nəqərat] “Nə olar, dayağım ol”,- dedim sənə “Qolum ol, budağım ol”,-dedim sənə “Qorxuram mən bu qaranlıqlardan Sən yanan çırağım ol”,-dedim sənə “Nə olar, dayağım ol”,- dedim sənə “Qolum ol, budağım ol”,-dedim sənə “Qorxuram mən bu qaranlıqlardan Sən yanan çırağım ol”,-dedim sənə “Qorxuram mən bu qaranlıqlardan Sən yanan çırağım ol”,-dedim sənə [Bənd 2] Qınayırlar, bilirəm mən Bu məhəbbətdə məni Elə bildim ki, Sadıx Sevirsən, əlbəttə, məni Sənə mən könlümü verdim “Gözümün nuru”,-dedim Sən isə gör necə qoydun Qara zülmətdə məni Elə bildim ki, gülü Sevgimizin solmayacaq Gözümüz bir daha yaşlarla Bizim dolmayacaq Olacaqdır yenə xoş günlərin Kimləsə sənin, amma Keçmişdəki günlər Yenidən olmayacaq (Yenidən olmayacaq) [Nəqərat] Axı mən: “Dayağım ol”,- dedim sənə “Qolum ol, budağım ol”,-dedim sənə “Qorxuram mən bu qaranlıqlardan Sən yanan çırağım ol”,-dedim sənə “Nə olar, dayağım ol”,- dedim sənə “Qolum ol, budağım ol”,-dedim sənə “Qorxuram mən bu qaranlıqlardan Sən yanan çırağım ol”,-dedim sənə “Qorxuram mən bu qaranlıqlardan Sən yanan çırağım ol”,-dedim sənə “Təki sən qonağım ol”,-dedim sənə Amina tərəfindən Sadix Mustafayevin iştirakı ilə ifa olunan "Dedim Sənə" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2026 Etiketlər: #Amina #DedimSənə #mikpro