Balabey Agayev · May 16, 2026
Balabəy - Popuri 2 | Yeni 2026 Söz /Mus : Balabəy Ağayev Aranj : Nazim Məmməli Fotoqraf : Fərid Qasanov ( Tac Studio) Yayım: Wediacorp Azerbaycan Tərpət öz tellərini yatma ey ilham pərisi Vəsf etmək istəyirəm aləmi dünyanı yenə Ver izn nəzmə çəkim bir neçə misranı yenə Görəsən varmı ki söz eşq sözündən baha O həmi bəndəyə xoş getsin həmi Allaha Elə bir söz de ki şair o toxunsun ruha Hamı xatırlasın öz sevdiyi Leylanı yenə Səni düşünəndən sora halıma baxdım Əl açıb ulduzlara falıma baxdım Yarını tərk eyliyən zalıma baxdım Halıma baxdım halıma baxdım Bir gün gecənin yarı Yar gəldi mənə sarı Boynundakı mirvari Gözlərimi qamaşdırdı Eşqdən nə desəm azdı Onsuz həyat olmazdı Şairlər əsər yazdı Alimlər araşdırdı Bir yanda söz ustadı Bir yanda naz ustadı Bəh bəh bu nə sevdadı Kim gördü yaraşdırdı Bir cavan balıqçını dərya qocaltdı qardaşım Biz qocalmazdıq bizi dünya qocaltdı qardaşım Biri sevdi biri istədi biri xoşlandı Sevirəm sözünü dedinsə imtahan başlandı Kimisi bir evdə öz sevdiyi ilə yaşlandı Kimisin də bu həyat tənha qocaltdı qardaşım Xəlvət otağında Yarın qabağında Bir bəlaya düşdüm Ömrün bu cağında Əhli hal olardım Dinməz lal olardım Bir çüt xal olardım Yarın yanağında Səndən sonra heç bir şey əvvəlki tək olmadı Günü aya vurub ömrümə böldüm Sən hər yadıma düşəndə öldüm Hər gün üzüldükcə üzüldüm Yarı canım qalmadı Kimsə yox sakit otursun qulaq assın sözümə Qalmışam mat məəttəl kimə irad eliyim Tutalım əsrimizin həzrəti İsası mənəm Bu soxa soxda nə cür möcüzə icad eliyim Ömür də bir bəhanə zaman da bir bəhanə Gedəndə bir bəhanə qalanda bir bəhanə Bu kupletimi oxutsa quşbazlar oxudacaq Oxuda oxuda özü üçün quşlara dən dağıdacaq Nə olsa necə olsa qayıdan quş qayıdacaq Küləy də bir bəhanə duman da bir bəhanə Dünən gecə gedib dərinə düşündüm Özümdən çox onun yerinə düşündüm Əcəb həsrət qaldıq dost sözünə Məzarında gözüm sataşdı gözünə Görən o yanda dost tapıbmı özünə Baxıb dostumun qəbirnə düşündüm Ayıq piyannan oynamaz oynamaz Durub yalannan oynamaz oynamaz Yenə gedir Amerika İran söhbəti Deyesen hədəf Türkiyədir növbəti Türkü oyuna gətirməydi niyyəti Türkdə plannan oynamaz oynamaz Şəhid olsam anamı qoymayın ki ağlasın Beli sınmış atamı qoymayın ki ağlasın Ürək vurur bi ixtiyar vətən deyir vətən deyir Onum tükənməz eşqi var vətən deyir vətən deyir Bu vətən qan bahasıdır Mübarizin Fəridlərin Var üstümüzdə haqqı var unutmuyaq şəhidlərin Əlyar kimi igidlərin Polad kimi igidlərin Ziyarətində daş məzar vətən deyir vətən deyir ➤Instagram’dan izləmək üçün; https://www.instagram.com/balabey_official ➤TikTok’dan izləmək üçün; tiktok.com/@balabey_agayev ➤Apple Music’dən izləmək üçün; https://music.apple.com/az/artist/balabey/526755955 ➤Spotify’dan izləmək üçün; https://open.spotify.com/artist/5DjgsIlEyP6pdldq5oqGwV Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət! #BalabeyAgayev #Popuri2 #Balabey